Lökbatanda 6 həyətyanı sahədən kombi oğurlanıb

Lökbatanda 6 həyətyanı sahədən kombi oğurlanıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR