Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb
09:57 19 Yanvar 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Balakən.19 yanvar.REPORT.AZ/ Balakən rayon sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balaken-sakinlerinden-qanunsuz-saxladiqlari-silahlar-goturuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR