DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
14:48 19 Yanvar 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

DTX-dən Publika.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.

Tədbirin sonunda sənədli film nümayiş olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/266763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR