Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb

Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb
18:42 19 Yanvar 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, onların saxlanılmasına üzərilərində potensial olaraq silah kimi istifadə edilə bilən qadağan olunmuş əşyaların aşkar edilməsi səbəb olub.
Eyni zamanda, bəzi nümayişçilərin fişəng və tüstü şaşkası yandırmasına baxmayaraq, qanun keşikçiləri bildiriblər ki, budəfəki mühiti dinc kimi xarakterizə etmək olar.
Daha əvvəl Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/parisde-etiraz-aksiyasi-zamani-12-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR