“Report” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Marsel”lə razılıq əldə edib. İtaliyalı forvardın bu gün “Nitsa”dan ayrılaraq, yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Mario Balotelli 2016-cı ilin yayından “Nitsa”da çıxış edir. Qana əsilli futbolçu bu müddətdə Fransa çempionatında keçirdiyi 61 oyunda 33 qol vurub. O, avrokuboklarda 13 görüşdə 8 dəfə fərqlənib. Forvard daha əvvəl İtaliyanın “İnter” və “Milan”, İngiltərənin isə “Mançester Siti” ilə “Liverpul” komandalarının formasını geyinib.