Fransanın "Nitsa" klubunun futbolçusu Mario Balotelli karyerasını bu ölkənin başqa təmsilçində davam etdirəcək.Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Marsel" ilə razılıq əldə edib. İtaliyalı forvardın bu gün Nice-dan ayrılaraq, yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.Qeyd edək ki, Mario Balotelli 2016-cı ilin yayından "Nitsa"da çıxış edir. Qana əsilli futbolçu bu müddətdə Fransa çempionatında keçirdiyi 61 oyunda 33 qol vurub.O, avrokuboklarda 13 görüşdə 8 dəfə fərqlənib. Forvard daha əvvəl İtaliyanın "İnter" və "Milan", İngiltərənin isə "Mançester Siti" ilə "Liverpul" komandalarının formasını geyinib.Milli.Az