"Barselona"dan sürpriz transfer həmləsi

"Barselona"dan sürpriz transfer həmləsi
20:17 21 Yanvar 2019
60 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubu İtaliya "Sassuolo"sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək.Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb. O bildirib ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib.Müqavilədə "Barselona"nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verəcək bənd də yer alacaq.Qeyd edək ki, Boatenq karyerası ərzində İtaliyanın "Milan", Almaniyanın "Herta", "Ayntraxt", Dortmund "Borussiya"sı, İngiltərənin "Tottenhem" və İspaniyanın "Las Palmas" komandalarında çıxış edib. O, cari mövsümdə A seriyasında 4 qol vurub və 1 məhsuldar ötürmə verib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR