Tramp: Çində ÜDM-in artım tempi ABŞ-la ticarət mübahisələri səbəbindən minimuma düşüb

Tramp: Çində ÜDM-in artım tempi ABŞ-la ticarət mübahisələri səbəbindən minimuma düşüb
06:02 22 Yanvar 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Çin iqtisadiyyatının artım tempi 1990-cı ildən bəri ABŞ-la ticarət mübahisələri və yeni siyasət səbəbindən ən aşağı göstəriciyə düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu iddianı Amerika prezidenti Donald Tramp bazar ertəsi "Twitter"də yazıb.
"Çin ABŞ-la ticarət münasibətlərində gərginlik və onun yeni siyasətinə görə 1990-cı ildən bəri ən aşağı iqtisadi göstəricilər nümayiş etdirir. Çin üçün nəhayət real sövdələşməyə nail olmağın və bu oyunlara son qoymağın xeyri var", - deyə Amerika lideri bildirib.
Bazar ertəsi Çinin Dövlət Statistika İdarəsi 2018-ci il ərzində ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, ölkədə ÜDM-in artım tempi 6,6 faiz ləngiyib , bu da 1990-cı ildən bu yana ən aşağı göstəricidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/tramp-cinde-udm-in-artim-tempi-abs-a-gore-minimuma-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR