Qanalı yarımmüdafiəçi rəsmən "Barselona"da

Qanalı yarımmüdafiəçi rəsmən "Barselona"da
08:05 22 Yanvar 2019
54 İdman
Ölkə mətbuatı
A- A+

"Sassuolo"nun futbolçusu Kevin-Prins Boatenqin "Barselona"ya keçidi rəsmiləşib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi cari mövsümün sonuna kimi icarə əsasında Kataloniya təmsilçisində çıxış edəcək."Barsa" yayda 8 milyon avro  ödəyərək  31 yaşlı oyunçunu birdəfəlik ala biləcək.İspaniya mətbuatı  La Liqa  klubunun 2 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.Qeyd edək ki, Boatenq "Milan", "Şalke", "Herta" "Tottenhem", "Borussiya" (Dortmund) kimi klublarda da çıxış edib. O, bu mövsüm A Seriyasında 13 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR