"Barselona" məşhur futbolçunu transfer etdi

"Barselona" məşhur futbolçunu transfer etdi
08:18 22 Yanvar 2019
62 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” İtaliya “Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürüb.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib. Müqavilədə “Barselona”nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verən bənd də yer alacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İtaliyanın “Milan”, Almaniyanın “Herta”, “Ayntraxt”, “Borussiya” (Dortmund), İngiltərənin “Tottenhem” və İspaniyanın “Las Palmas” komandalarında çıxış edib. O, cari mövsümdə A Seriyasında 4 qol vurub və 1 məhsuldar ötürmə verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR