Övladı ilə bağlı suallara hamilə olan sənətçi belə münasibət bildirib:
"Səid (reper həyat yoldaşı Dado Əliyev - red.) icazə vermir uşaq haqda danışmağa. Deyir, bəsdir, qoy, dünyaya gəlsin sonra. Bir dəfə dedilər qızdır, sonra söylədilər hələ görünmür".
Natavan xalq artisti Aygün Kazımova ilə yaşadığı qalmaqaldan və məhkəmə prosesindən söz açıb. İfaçı depressiyaya düşüb, dərmanlar qəbul etdiyi xəbərlərinin yalan olduğunu bildirib:
"Belə bir şey olmayıb, depressiyaya düşməmişəm. Bilirdim ki, düzəm. Tək istəyim adımı təmizə çıxarmaq idi. Özümü və yanımda olan hər şeyi nəzərdə saxlayan biriyəm. Zəif olsaydım, istədiklərinə nail olacaqdılar. Sülh olmayacaqdı. Güclü oldum ki, indi hər şey öz yerini tapdı".Milli.Az