Demba Ba yenidən Türkiyə klubunda

Türkiyənin "Başakşəhər" klubu daha bir məşhur futbolçunu heyətinə cəlb edib.

Metbuat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Superliqanın lideri "Şanxay Şenhua"dan (Çin) Demba Banın transferini bitirib. İstanbul klubu seneqallı forvardla müqavilə şərtlərini açıqlamayıb.

33 yaşlı futbolçu "Hoffenhaym", "Vest Hem", "Nyukasl", "Çelsi", "Beşiktaş" və "Göztəpə" kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Başakşəhər" daha öncə Braziliya millisinin sabiq üzvü Robinyonu transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR