Facebook cərimələnə bilər

Facebook cərimələnə bilər
07:32 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın federal ticarət komissiyası (FTC) Facebook şirkətini yüksək şəkildə cərimə ilə cəzalandırmağı müzakirə edir. Bunun əsas səbəbi isə şirkətin öz istifadəçilərinin özəl məlumatlarının lazımi səviyyədə təhlükəsizliyini təmin edə bilməməsidir. Bu barədə The Washington Post qəzetinin saytı xəbər verib. Məlumata əsasən əgər qərar qəbul edilsə, cərimə 22.5 milyon dollardan bir qədər çox olacaq. Qeyd etmək lazımdır ki, FTC 2012-ci ildə Google şirkətini məhz 22.5 milyon dollar dəyərində cərimələmişdi.Milli.Az technote.az-a istinadən bildirir ki, həmin cərimənin əsas səbəbi isə Google şirkətinin öz istifadəçilərinin internetdəki əməliyyatlarını izləməsi idi. Məlumata əsasən FTC-nin Facebook şirkəti ilə bağlı istintaqının yekun qərarı və cərimə göstəricisi yaxın zamanda məlum olacaq. Facebook şirkəti öz istifadəçilərinin məlumatlarının kənar tətbiqlərə ötürülməsi barəsində istifadəçiləri məlumatlandırmalı və onlardan bunun üçün icazə almalıdır. Əgər FTC qərar versə ki, şirkət bu qanunlara riayət etməyib, deməli Facebook şirkətini cərimə cəzası gözləyir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR