Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova ötən gün "Asan Radio"nun qonağı olub.Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni ötən günlərdə mediada yayılan "sürücülük vəsiqəsini itirib" xəbərinə münasibət bildirib. Müğənni söyləyib ki, yayılan məlumat yanlışdır:"Moskvada idim, xəbəri mənə göndərdilər ki, bəs düzdür? Mən isə bildirdim ki, sürücülük vəsiqəm özümdədir, itməyib. Yayılan məlumat yanlışdır".Milli.Az