Yol polisindən sürücülərə XƏBƏRDARLIQ!

Bu gün səhər saatlarından ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir.

Paytaxt Bakıda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından bəzi prospektlərdə (Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında) sürət həddi aşağı endirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə xəbərdarlıq edib.

Polkovnik Metbuat.az-a açıqlamasında bildirib ki, hava şəraitindən asılı olmayaraq, bütün sürücülər diqqətli olsunlar:

“Yağışlı hava şəraitini nəzərə alıb sürücülər sürət həddini minimuma endirsinlər. Təbii ki, şaxtanın olması yollarda sürüşmə ehtimalını artırır. Bu da ən azından yol-qəza hadisələrinin yaranmasına səbəb olan əsas amildir. Belə olduqda, sürücülər yol və metereoloji şəraiti nəzərə almağı bacarmalıdır.

Yaxşı olar ki, onlar belə hava şəraitində avtomil idarə etməyə uyğunlaşan sürüclərin hərəkətinə şərait yaratsınlar, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Ümumiyyətlə, hava şəraitindən asılı olaraq, sürüclər ara məsafəsini də düzgün saxlamalıdır. Ən azından, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün hər bir sürücüdən nizam-intizamlı olmağı, eyni zamanda tələblərə uyğun hərəkət etməyi tələb edirik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR