Bakı. Tural Turan - Trend:

İtaliya Kubokunun ¼ final mərhələsi çərçivədində “Fiorentina” doğma meydanda “Roma”nı məhv etdi. Trend-in məlumatına görə, oyun ev sahibi komandanın 7:1 hesablı darmadağını ilə başa çatıb.

Matçda “Fiorentina”dan Kyeza (7, 18 və 74-cü dəq.), Muriel (33-cü dəq.), Benassi (66-cı dəq.), Simeone (79 və 89-cu dəq.) fərqləniblər. Rəqib komandadan isə yalnız 28-ci dəqiqədə Kolarov qol vura bilib.

72-ci dəqiqədə Dzeko hakimin üzünə tüpürdüyünə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Belə də, “Fiorentina” növbəti mərhələyə adlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin