Feysbukdan gedənlər geri qayıtmaq istəmir

Feysbuk hesabını bağlayan istifadəçilər sosial şəbəkəyə bir də qayıtmaq istəmirlər.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, Stenford və Nyu-York Universitetlərinin apardığı birgə araşdırma nəticəsində belə qənaətə gəlinib. Araşdırmaya görə, sosial şəbəkədən ən az bir ay uzaqlaşan insanlar real həyatda daha xoşbəxt, aktiv oldub, televiziya qarşısında daha çox vaxt keçiriblər.

Araşdırma Feysbuk reklamı vasitəsilə tapılan 2 min 844 nəfər arasında aparılıb. Onlar Feysbuk hesablarını 4 həftəlik dondurmaq müqabilində 100 dollar alıblar.

Mütəxəssislərin sözlərinə görə, insanlar hər gün ən az bir saat Feysbukda vaxt keçirir. Nəticədə aylıq olaraq sosial şəbəkəyə hər ay 100 dollardan çox xeyir verirlər.

Metro istifadəçilərinə YENİLİK - Vaqonlarda əlil arabası üçün yerlər quraşdırılır / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR