Əməkdar artist Cavanşir Məmmədov “Bizimləsən” verilişinin qonağı olub.
Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, müğənni verilişdə sosial şəbəkə istifadəçilərini tənqid edib. O bildirib ki, əxlaqsızlıqların səbəbkarı sosial şəbəkələrdir:
"Sosial şəbəkə olmasaydı, o qadın Neftçaladan hara ilə danışardı? Əvvəl Naxçıvanla danışmaq üçün 1 həftə növbəyə dayanırdıq. İndi oturursan burada, Amerika ovcunun içindədir".
Proqramda qonaq olar jurnalist Ülviyyə Alovlu isə müğənniyə etiraz edib: "Biz də sosial şəbəkədə otururuq. Deyin ki, telefondan başlayır. Bu səbəbdəndir ki, mentalitetə belə şeylər sızdırırsınız. Cəmiyyətin beyninə yeridirsiniz ki, sosial şəbəkədən istifadə edən əxlaqsızdır. Kimsə əxlaqsızdırsa, bunun bəraətini sosial şəbəkəyə qazandırmaq lazım deyil".
Cavanşir Məmmədov isə fikrindən daşınmayıb: "Əxlaqsız adam sosial şəbəkə ilə əxlaqsız çevrəsini böyüdür".
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla