Əmlak Məsələləri Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Əmlak Məsələləri Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
05:57 7 Fevral 2019
132 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 7 fevral. REPORT.AZ/ Nazirlər Kabineti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibini təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə qərar Novruz Məmmədov tərəfindən imzalanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının hüquq şöbəsinin müdiri
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin müdiri
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdiri
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri
Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsinin təşkili şöbəsinin müdiri

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/emlak-meseleleri-komitesinin-kollegiyasinin-yeni-terkibi-tesdiq-edili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR