Mübarizin posteri Ermənistan SƏFİRLİYİNDƏ ASILDI - ŞOK VİDEO

Mübarizin posteri Ermənistan SƏFİRLİYİNDƏ ASILDI - ŞOK VİDEO
14:03 11 Fevral 2019
136 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR