Marsa gediş-dönüş qiymətləri

Dünyanın ən məşhur şirkətlərindən olan “Spacex”in qurucusu və sahibi Elon Musk Mars səyahətinin gediş-dönüş qiymətlərini açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, mövzu haqqında izləyicilərinə məlumat verən Elon Musk Marsa gediş biletinin 500 min dollar olduğunu deyib. Musk gələcək zamanlarda bu qiymətin 100 min dollara qədər enə biləcəyini də bildirib.

İnsanların evlərini sataraq Marsa gedəcəklərini də deyən Musk dönüş biletinin ödənişsiz olacağını deyib.

Elon Muskun kosmos şirkəti “Spacex” Mars səyahəti üçün yüksək texnologiyalı roketlər hazırlayır. Elon Musk ötən aylarda böyük Falkon raketinin son dizayn məlumatlarını paylaşmışdı. Edilən açıqlamaya görə, nəhəng iki parçadan ibarət olan bu layihə alt hissədə bir raket partladıcı və üst hissədə böyük bir kosmos vasitəsinə sahibdir.

2023-cü ildə ilk dəfə işə salınması planlaşdırılan raket daha əvvəl bənzəri görülməmiş bir böyüklüyə və texnologiyaya sahibdir.




https://metbuat.az/news/1126995/ikinci-el-bazarind...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR