Feysbukdan daha bir QƏRİBƏLİK

Feysbuk kişi dostlarınızın şəkillərini axtarmağa icazə vermir.

Metbuat.az xarici Kütləvi İnformasiya Vasitələrinə istinadla bildirir ki, belçikalı təhlükəsizlik üzrə araşdırmacı Inti De Ceukelaire sosial media platformasında maraqlı bir funksiya kəşf edib. Belə ki, Feysbuk qız dostlarınızın şəkillərini axtarmağa icazə verdiyi halda oğlanlara bu imkanı vermir. Yəni, Feysbukda oğlan dostlarınızın şəkillərini axtarışa versəniz, nəticəsi olmayacaq.

Feysbukun axtarış hissəsinə “Liked by me” (Mənim bəyəndiklərim) yazsanız, bəyəndiyiniz şəkillər çıxacaq. “Photos of my female friends” (Mənim qadın dostlarımın şəkilləri) sözünü yazsanız, qız dostlarınızın şəkilləri gələcək. “Photos of my male friends” (Mənim oğlan dostlarımın şəkilləri) yazsanız, oğlan dostlarınızın şəkilləri çıxamayacaq. Onun əvəzinə səhifələr gələcək.

Feysbuk əslində “Facemash” adlı bir saytın üzərində qurulan sosial media platformasıdır. “Facemash” isə vaxtilə Hardvar Universitetində təhsil alan oğlan tələbələrin universitetdəki qız tələbələri görünüşlərinə görə qiymətləndirdikləri sayt olub. Yaranan problem Feysbukun nə qədər qürurverici keçmişinin olduğunu bir daha ortaya qoyur.

Rəsmi Feysbuk isə sosial şəbəkədəki boşluqla bağlı hələ ki açıqlama verməyib.

Bu suyu İÇMƏYİN! - Mütəxəssislərdən XƏBƏRDARLIQ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR