"Mənim üçün sevgililər günü iyunun 30-udur"

"Mənim üçün sevgililər günü iyunun 30-udur"
11:05 14 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın gənc müğənni Rəsul Əfəndiyevlə sevgili olması barədə məlumatlar yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kazımovanın ad günündə özəl qonaq kimi Rəsulu dəvət etməsi, onunla səmimi görüntülənməsi, xalq artistinin həmkarı ilə "Dola mənə qolunu" mahnısını duet şəklində ifa etməsi söz-söhbətləri daha da artırıb.

Qafqazinfo bu məqamda A.Kazımovanın Rəsulla sevgi dedi-qodularına münasibətini öyrənib. Müğənni açıqlamasında yayılan informasiyanın əsassız olduğunu bildirib:

"Əhvalımız çox gözəldir. Biz, sadəcə, duet oxumuşuq. Duetimiz özəl olaraq yerli radiolarda, daha sonra Türkiyənin "Kral" radiosunda səsləndirildi. Belə gözəl yaradıcı xəbərlərimiz var".

Bundan əlavə, sənət bu günü sevgililər günü kimi qeyd etmədiyini vurğulayıb: "İlllər əvvəl də demişəm. Mənim üçün iyunun 30-u sevgililər günüdür. Bu günü qəbul etmədiyim üçün hədiyyə də arzulamıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/730448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR