"Səbail" argentinalı hücumçu transfer etdi

"Səbail" argentinalı hücumçu transfer etdi
16:05 14 Fevral 2019
44 İdman
Ölkə mətbuatı
A- A+

"Səbail" daha bir legioner futbolçu ilə anlaşıb.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi heyətinə cəlb olunan argentinalı İriberri İmanol ilə 2018-ci il mayın 31-dək müqavilə  imzalayıb.

Hücumçu 2006-2009-cu illərdə Argentinanın "Atletiko Aldosivi", 2009-cu ildə "Alvarado", 2010-2012-ci ildə "Independiente" F.B.C. (Paraqvay), 2012-2013-cü ildə "Sportivo Carapegua", 2013-cü ildə Deportes Tolima (Kolumbiya), 2013-2014-cü ildə "Estudiantes de Merida", 2014-2015-ci ildə "Deportivo La Guaira" (Venesuela), 2015-2016-cı ildə "Wilstermann" (Boliviya), 2016-cı ildə "Boavişta" (Portuqaliya), 2016-2017-ci ildə "Crucero del Norte" (Argentina), 2017-ci ildə "Mineros" (Venesuela), 2017-2018-ci ildə "Sport Boys" (Peru), 2018-ci ildə isə "Deportivo La Guaira" (Venesuela) klublarında çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR