Putin ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq niyyətini dəyərləndirib

Putin ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq niyyətini dəyərləndirib
02:02 15 Fevral 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Suriyadan çıxmaq niyyəti müsbət addım olardı.
“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə və İran liderləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdən sonra deyib.
"Danışıqlar zamanı, həmçinin, Birləşmiş Ştatların qoşunlarını Suriyanın şimal-şərq rayonlarından çıxarmaq planları, ölkədəki vəziyyətin gələcək inkişafına necə təsir göstərəcəyini müzakirə etdik. Fikrimizcə, belə addımların həyata keçirilməsi müsbət olardı", - deyə Putin bildirib.
Onun sözlərinə görə, bu, Suriyanın sözügedən regionunda vəziyyətin sabitləşməsinə kömək edəcək.
Putin əlavə edib ki, son nəticədə qanuni hökumətin nəzarəti bərpa edilməlidir.
Rusiya prezidenti qeyd edib ki, Amerika qoşunlarının Suriyadan çıxarılması bəyanatı, ABŞ lideri Donald Trampın seçki vaxtı verdiyi vədlərin üzərində olduqca fəal işlədiyini göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/putin-abs-in-qosunlarini-suriyadan-cixarmaq-niyyetini-deyerlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR