İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
19:07 15 Fevral 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı. 15 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-smayillida-qadin-piyadani-avtobus-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR