“Samsung” şirkəti “Bixby” səs köməkçisini dəstəkləyən ən nazik planşetini təqdim edib

“Samsung” şirkəti “Bixby” səs köməkçisini dəstəkləyən ən nazik planşetini təqdim edib
11:35 16 Fevral 2019
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti “Galaxy Tab S5e” planşetini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bu, Cənubi Koreya şirkətinin ən nazik planşetidir. Onun korpusunun qalınlığı 5,1 mm-dir. Qurğunun çəkisi 400 qr, ekranın diaqonalı isə 10 düym təşkil edir, ekran “Super AMOLED” texnologiyası üzrə hazırlanıb, təsvir ölçüsü 2560x1600 pikseldir.
 
“Galaxy Tab S5e” planşeti “Android 9 Pie” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Həmçinin bu planşet “Bixby 2.0” səs köməkçisini dəstəkləyir.
 
Planşet orta sinfə məxsus qurğu kimi təqdim edilir. “Snapdragon 670” prosessoru ilə təchiz edilib. 7040 milliamper/saat tutumunda olan akkumulyator 14,5 saat müddətində avtonom işləməyə imkan verir.



Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59298-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR