Bu məzarı açdılar və olan oldu

Misir fironu Tutankamonun məzarını açan şəxslərin qısa müddət içərisində ölməsi məzarın lənətli olması barədə mübahisələrə səbəb olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Tutankamon Misirdə eramızdan əvvəl 1332-1323-cü illər arasında hökm sürən firon olaraq tanınır. Tutankamon atası 4-cü Amonhotep öldükdən sonra ögəy bacısı Ankhesenamen ilə evlənərək taxta çıxır.

Atası 4-cü Amonhotepin ortaya çıxardığı tək Allahlı din Aten yerinə Tutankamon çox Allahlı din inancını mənimsəyib.

Tutankamonun məzarı 1922-ci ildə Hovard Karder tərəfindən kəşf edilib. Məzar krallar vadisində kəşf tapılıb. 1972-ci ildə Londonda sərgilənən məzar daha sonra Amerikaya göndərilib. Daha sonra isə Misirdəki Qahirə muzeyinə daşınılıb.

Tutankamonun sarkofaqı ilə bağlı yayımlanan sənədli filmdə sarkofaqı açan 22 yaşlı arxeoloqun bir neçə il içində siri şəkildə öldüyündən bəhs edilib. “Tomb ofthe boy king” adlı sənədli filmdə arxeoloqların sirli ölümünə bir növ lənətin səbəb ola biləcəyi iddia edilib.

Məzarı kəşf edən Karterin sarkofaqda bir dəlikdən içəri baxaraq “Möhtəşəm şeylər görürəm” demişdi. Sarkofaqa girən Karter təxminən 5 ay sonra 56 yaşında həyatını itirib. Onun vəfat etdiyi gün Misirin paytaxtı Qahirədə elektrik enerjisi tamamilə kəsilib. Amma qəribə hadisələr bununla da bitməyib. Amerikalı milyoner George Cay Gould da sarkofaqı ziyarət etdikdən qısa müddər sonra həyatını itirib. Bundan başqa məzarı ziyarət edən ingilis əsilli Coel Volfe də bir müddət sonra komaya girib və ölüb.

Sarkofaqa girən ilk 22 nəfərin hamısı 1929-cu ildə həyatını itirib. 1949-cu ildə elm adamı Loius Bulgerini sarkofaqın səthində uran maddəsinin ola biləcəyi fikrini ortaya atıb.

Bu lahiti açınca öldüler

Bu lahiti açınca öldüler

Bu lahiti açınca öldüler

Bu lahiti açınca öldüler

https://metbuat.az/news/1130401/biber-gorunuslu-li...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR