Xadimə Röyanı peşman etdi - "Əlindəki yataq dəstini..."

Xadimə Röyanı peşman etdi - "Əlindəki yataq dəstini..."
10:33 20 Fevral 2019
193 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxanın Türkiyədəki evində başına gələn maraqlı hadisəni sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

Publika.az xəbər verir ki, müğənni instaqramın hekayə bölümündə video paylaşaraq İstanbuldakı evini təmizləmək üçün çağırdığı xadimənin müğənni olmaq istədiyini qeyd edib:

“İstanbuldakı evimi adətən özüm təmizləyirəm, çünki balacadır. Bütün evi yığışdırmağa 24 saat bəs edir. Bir dəfə təmizləmək üçün xanım çağırdım. Amma o gələnə kimi 3 otağı təmizləmişdim. Qadın özbəkistanlı idi. Mahnılarımı dinlədi, müğənni olduğumu biləndə o da konservatoriya bitirdiyini və müğənni kimi fəaliyyət göstərmək istədiyini söylədi.

Məsləhət verdim ki, ay xanım, ürəyiniz nə istəyirsizsə, onu da edin. Elə bu sözü deyən kimi qadın əlindəki yataq dəstini yerə atdı. Dedi ki, siz düz deyirsiniz, bu gündən bu sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Hələ 200 TL də məndən aldı”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/270221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR