“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə D.Trampın təhlükəsizliyini ABŞ Məxfi Xidmətinin 200-dən artıq əməkdaşı qoruyacaq.
Həmin məxfi əməkdaşlar Yaponiyadakı hərbi bazadan 4 təyyarə ilə Hanoya daşınacaq.
Bundan əvvəl ABŞ Prezidentinin Vyetnam paytaxtında “Cadillac One” zirehli limuzinində hərəkət edəcəyi bildirilmişdi.