Kolumbiyanın Medelyin şəhərində məşhur narkobaron, 1993-cü ildə qətlə yetirilmiş Pablo Eskobara məxsus 8 mərtəbəli “Monako” malikanəsi partladılıb.
Publika.az xəbər verir ki, yerli hökumətin qəbul etdiyi qərar icra edilib. Dağıdılan binanın yerində narkomafiyanın qurbanlarının xatirəsinə memorial abidə ucaldılacaq.
Qeyd edək ki, Pablo Eskobar 1988-ci ildə həmin binanı tərk edib və bird aha ora qayıtmayıb.