Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək və danışıqlar aparmaq üçün Vyetnamın paytaxtı Hanoydadır.

Milli.Az Daily Mail-ə sitinadən bildirir ki, bu gün Hanoyda ikigünlük ABŞ-Şimali Koreya sammiti başlanıb.

Şimali Koreyadan Vyetnama zirehli qatarda yollanmış Kim Çen In sərhəddə kortejə oturub, Hanoya qədər olan 170 kilometrlik məsafəni avtomobildə qət edib. Hanoyda o, 30 avtomobildən və iki zirehli maşından ibarət kortejdə hərəkət edib.

Kim Çen Inın məşhur "qaçan cangüdənləri" bu dəfə də onu müşayiət ediblər.

İkinci ABŞ-Şimali Koreya sammiti ilk sammitin formatında olacaq. Tramp və In bağlı qapılar arxasında görüş keçirəcək, nahar edəcək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə danışığına qatılacaqlar.

Sammitin gündəmi Şimali Koreyanın nüvə silahından imtina etməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Diktator "qaçan cangüdən"lərlə peyda oldu - VİDEO - FOTO Diktator