Vyetnamda ABŞ və KXDR liderləri arasında ikinci sammit başlayıb
Paylaş
162 baxış·1 dəq oxu
Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda liderlər arasında təkbətək görüş keçirilir. Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.