"Report" xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Maykl Essien AFFA-nın Növbəti Hesabat Konfransından sonra söyləyib. Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı" adlı qarşılaşmaya da qatılan qanalı yarımmüdafiəçi həmin matç barədə də danışıb. O, dünənki oyunun daha çox şou üçün nəzərdə tutulduğunu vurğulayıb: "Təbliğat xarakterli qarşılaşma idi və maraqlı alındı. Avropa Liqasının finalında "Çelsi"ni görmək istərdim. Həlledici oyunda Bakıda olmağa çalışacağam".
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.