Röya Afaq Bəşirqızının prezidentlə görüşündən yazdı: "Böyüklərimiz bizi təmsil edəndə..."

Röya Afaq Bəşirqızının prezidentlə görüşündən yazdı: "Böyüklərimiz bizi təmsil edəndə..."
17:18 4 Mart 2019
220 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan Xalq artisti Afaq Bəşirqızının prezident İlham Əliyevin incəsənət xadimləri ilə görüşündə səsləndirdiyi fikirləri haqqında ürək sözlərini sosial şəbəkədə paylaşıb.

Publika.az xəbər verir ki, müğənni görkəmli aktrisanın səmimi çıxışını dəstəklədiyini qeyd edib:

“Belə görüşlərdə böyüklərimiz bizi təmsil edəndə və fikrini çatdıra biləndə biz yaşamaq istəyirik. Ağıllı və böyük olmaq çətindir. Çünki bəzi müğənnilərin yaşı artdıqca ağılları kiçilir, gənclərə yol açmağı unudurlar. Əlbəttə ki, hamıya aid deyil, dırnaqarası “As”lardan söhbət gedir. Afaq xanım, incəsənət adamları adından sizə bir daha təşəkkür edirəm, çox sağ olun. Bax DİVA budur, əzizlərim qarşılayın! Ora-bura yozmadan, müzakirəsiz yaşamaq lazımdır ki, arxandan xəbərin olsun!”

Afaq Bəşirqızı: Prezidentlə görüş çox məhsuldar oldu və ölkəmizin inkişafına xidmət edəcək

Xalq artisti Prezidentdən xahiş etdi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/271593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR