I Avropa oyunlarında Monteneqrodan 40-a yaxın idmançı iştirak edəcək
Paylaş
·128 baxış·1 dəq oxu
Bakı. 4 may. REPORT.AZ/ İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa oyunlarında Monteneqrodan 40-a yaxın idmançı iştirak edəcək. Bu barədə "Report"a Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, oyunların açılış mərasimində iştirak etmək üçün Monteneqrodan yüksək səviyyəli nümayəndə heyətinin gələcəyi gözlənilir.