Konqo DR-da qatar relsdən çıxıb: onlarla ölü və yaralı

Konqo DR-da qatar relsdən çıxıb: onlarla ölü və yaralı
08:57 18 Mart 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Konqo Demokratik Republikasında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kasai vilayətində baş verən hadisə nəticəsində daha 31 nəfər yaralanıb.

KİV-lər qeyd edir ki, sərnişinlərin əksəriyyəti qatarda qeyri-qanuni hərəkət edirdi. Ölənlər arasında uşaqların olduğu da bildirilir.

AFP agentliyi bildirir ki, hadisə nəticəsində bir neçə vaqon aşıb, daha bir neçəsi isə körpüdən çaya düşüb.

Hadisənin səbəbləri məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR