OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər

OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
16:42 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

"OPEK+ ölkələri nazirlərinin aprel ayına nəzərdə tutulmuş görüşü təxirə salına bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Bakıda keçirilmiş görüşdə vacib məsələlər müzakirə edilib:

"Ona görə də aprel ayında görüşün keçirilməsində məna görmürəm".

O əlavə edib ki, görüş may ayına keçirilə bilər.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/740061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR