Gürcüstan Prezidenti: “Kvemo Kartlidə gürcüdilli uşaq bağçaları açılmalıdır”

Gürcüstan Prezidenti: “Kvemo Kartlidə gürcüdilli uşaq bağçaları açılmalıdır”
17:12 19 Mart 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

“Kvemo Kartli bölgəsində gürcüdilli uşaq bağçaları açılmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgədə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, gürcü dili Kvemo Kartli bölgəsində əsas prioritetdir: “Bölgədə çoxlu sayda uşaq bağçaları açılır və onlar gürcüdilli olmalıdır. Belə ki, gürcü dilini öyrənmək Kvemo Kartli bölgəsində yaşayanlar üçün uşaq bağçası yaşlarından mütləq tələbdir”.
S.Zurabişvili qeyd edib ki, uğur və inteqrasiyaya yol dilin öyrənilməsindən keçir: “Kvemo Kartli bölgəsinin potensialı ondan ibarətdir ki, azərbaycanlı və erməni əsilli vətəndaşlar bir yerdə yaşayırlar. Bu, Gürcüstan üçün böyük uğurdur”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kvemo-kartlide-gurcudilli-usaq-bagcalari-acilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR