Baş tutan tədbirlərdən birində küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Ayan Babakişiyeva üz-üzə gəliblər.

Milli.Az axşam.az obyektivinə tuş gələn ifaçılar gecə boyunca bir-biri ilə salamlaşmayıb, hətta ayrı masalarda oturaraq, bir-birini görməzdən gəliblər.

Bir vaxtlar yaxın rəfiqə olan Kazımova və Babakişiyevanın niyə küsdüyü məlum olmasa da, onlar 3 ildir danışmır. Hətta ifaçılar bir-brini sosial şəbəkədə qara siyahıya da atıblar.

Küsülü olmalarına baxmayaraq Aygün səhnəyə çıxıb mahnı oxuyan zaman Ayan rəqs etməyə başlayıb. Həmin an lentə aldığımız görüntüləri təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aygün oxudu, Ayan oynadı - 3 ildir küsülüdürlər - VİDEO Aygün oxudu, Ayan oynadı - 3 ildir küsülüdürlər