ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
20:01 22 Mart 2019
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Tural Turan - Trend:

ABŞ İranda 14 fiziki və 17 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik hesab edir ki, bu şəxs və şirkətlər, nüvə istehsalı ilə əlaqəsi olan və müdafiə sahəsində araşdırmalar edən SPND İran şirkətinin fəaliyyəti ilə əlaqələri var.

Maliyyə naziri S.Mnuçin bildirib ki, İranın müdafiə sənayesi, həmçinin SPND şirkəti ilə əməkdaşlıq edən, istənilən şəxs peşəkar, fərdi və maliyyə baxaımından təcrid oluna bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3036219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR