Sabiq baş nazir: Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq

Sabiq baş nazir: Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq
13:50 26 Mart 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3037211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR