Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itkilər baş verib.
Milli.Az xəbər verir ki, İstanbul nəhənginin hər iki hücumçusu sıradan çıxıb. Qış transfer pəncərəsi zamanı heyətə cəlb olunan Kostas Mitroğlu və Mbaye Diaqne milli komandalarının heyətində zədələnib.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstanın Lixtenşteynlə matçının 23-cü dəqiqəsində zədələnən forvard oyunu davam etdirə bilməyib. Əzələsində qanama aşkarlanan Mitroğlunun müalicəsinə başlanılıb.
"Cim bom"un digər hücumçusu Mbaye Diaqne isə Seneqalın Mali milli komandası ilə keçirdiyi yoldaşlıq oyununda sıradan çıxıb. 59-cu dəqiqədə çiynindən zədələnən 28 yaşlı qolçu meydanı xərəkdə tərk edib.
Elçin
Milli.Az