Konqo Demokratik Respublikasında şaxta uçqunu baş verib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 14 nəfər həlak olub.

Məlumata əsasən, şaxtada kassiterit mineralı hasil edilir. Daha 9 nəfərin ağır xəsarət aldığı və xəstəxanaya çatdırıldığı bildirilir.