Sevgilisinin xəyanətini öyrənən qadın küçənin ortasında

İstanbul, Esenyurtda Suriyalı qadın başqa bir qadınla gördüyü sevgilisini əlindən bıçaqlayıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, hadisə ilə bağlı suriyalı 3 qadın həbs edilərkən yaralı Suriyalı kişi isə xəstəxanaya aparılıb.

Hadisə dünən saat 17.00 sıralarında Esenyurt Bulaq Məhəlləsi, 128ci küçədə baş verib.

İddiaya görə, dostu ilə yolda yeriyən suriyalı qadın sevgilisi olan Məhəmməd adlı kişini başqa bir qadınla görüb.

Qrup arasında sözlü mübahisə başlayıb.

Mübahisənin davaya çevrilməsi nəticəsində gənc qadın, Məhəmməd adlı kişi yoldaşını bıçaqlayaraq əlindən yaralayıb.

Yaralı Məhəmməd, əlinə kəndir bağlayaraq qan itkisi üçün tədbir görüb.

Hadisə yerinə polis dəstələri sövq edilib.

Polis briqadaları suriyalı 3 qadını saxlayıb, yaralı gənci də dərhal yaxınlıqdakı Esenyurt Necmi Kadıoğlu Təhsil və Araşdırma Xəstəxanasına aparıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Dava anı bir vətəndaşın mobil telefon kamerasına saniyə-saniyə əks olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR