Kəmaləddin Heydərov Rusiya səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Rusiya səfiri ilə görüşdü
14:54 5 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, görüşdə K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışıb.
 
Nazir bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən Rusiya Federasiyasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu əməkdaşlıq çərçivəsində FHN-in Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, birgə təlimlərin və treninqlərin keçirilməsi ilə bağlı görülmüş işlərdən razılığını ifadə edib və bu əlaqələrin gələcək inkişafının zəruriliyini bildirib.
 
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov səmimi qəbula görə təşəkkürünü bildirərək hər iki ölkənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR