Tramp 2020 seçkilərindəki rəqibi ilə bağlı video paylaşdı

Tramp 2020 seçkilərindəki rəqibi ilə bağlı video paylaşdı
16:33 5 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Daha iki qadın ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin onlara təcavüz etməsi ilə çıxış edib. Bununla da 2020-ci ildə keçiriləcək seçkidə Donal Trampın rəqibi olacaq Bayden əleyhinə olan şikayətlərin sayı 4-ə çatdı.

Publika.az xəbər verir ki, Donal Tramp tvitter hesabında bu barədə video paylaşıb. Tramp rəqibinə lağ edib.

Qeyd edək ki, ABŞ mediasına danışan qadınlar Baydenin özlərini narahat hiss edəcək qədər onlara yaxınlaşdıqlarını bildiriblər.

Qadınlardan biri Baydenin əllərini çiyninə və belinə, digəri isə ayaqlarına qoyduğunu iddia edib. Bayden də tvitter hesabında haqqında danışılanlara cavab verib.

“Bütün siyasi karyeram boyunca insanlarla aramda bağ qurmağa çalışdım. Əllə görüşdüm, qucaqlaşdım. Dəstək məqsədilə qadın və ya kişi fərq etməz çiyinlərinə toxundum.Qadınların nələr dediyini eşitdim. Siyasət mənim üçün hər zaman insanlarla əlaqə qurmaq üçün bir yol oldu. Bundan sonra bu məsələlərdə daha diqqətli olacam. Bu mənim məsuliyyətimdir. Ən yaxşı şəkildə yerinə yetirəcəm”,- deyə bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/274721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR