​Fiziki görünüşü ilə gözəllik anlayışını dəyişən QADINLAR -

Gözəllik anlayışı əsrlər boyu müxtəlif səbəblərlə daim dəyişib. Müasir zamanlarda bu qavrayışı dəyişənin media və tanınmışlar olduğu artıq hər kəsin qəbul etdiyi bir həqiqətdir.

Metbuat.az öz dövrlərində gözəllik standartlarını müəyyən edən qadınları təqdim edir:

1. Brenda Frazier

Onu yəqin tanımırsınız, ancaq o müasir medianın yaratdığı ilk "işsiz" məşhurlardandır. Milyarder bankirinin qızı olduğu üçün mediada yer alan, jurnal qapaqlarına çıxan Brenda Frazier 30-cu illərə hakim olan dalğalı, gur saç, kiçik və tünd rəng dodaq ardıcıllığının ən böyük səbəbkarlarından biridir.

Brenda Frazier

2.Marilyn Monro

Tarixin ən təsirli qadınlarından biri olan Marilyn Monro ilə sarışınlıq, ağ dəri, quyruqlu eyeliner və qırmızı pomadadan ibarət olan makiyaj bütün dünyanı təsiri altına aldı.

Marilyn Monroe

3. Twiggy

1960-cı illərə qədər hakimiyyətini davam etdirən "qıvrım saçlı qadın gözəldir" anlayışını yerlə bir edən super model Twiggy zəriflik trendini ilk başladan qadındır. Həmçinin tünd makiyajı və qısa saçları dövrün qadınlarına ilham olub.

Twiggy

4. Pamela Anderson

Dünyada estetik əməliyyatların yayılması ilə standartlar yenidən dəyişməyə başladı. Pamela Anderson böyük sinə trendinin qabaqcıllarından biri olub.

Pamela Anderson

5. Jennifer Aniston

İdman üslubu və sadə təbii görüntüsü ilə 90-cı illərin gözəllik simvolu Jennifer Anistondur. Onun düz saçları 90-cı illərdə dəb halına gəlib.

Jennifer Aniston

6. Angelina Jolie

Dolğun dodaqlar və sümüklü üz, Angelina Jolie ilə hər kəsin bəyəndiyi bir xüsusiyyətə çevrildi.

Angelina Jolie

7. Jennifer Lopez

2000-ci illərdə Jennifer Lopez populyar oldu və ombasının böyüklüyü ilə qürur duyduğunu açıqladı. Və bu qadınlarda dəb halını aldı.

Jennifer Lopez

8. Kylie Jenner

Müasir estetik əməliyyatların ən böyük ilham mənbəyi olan Kylie Jennerin günümüzün gözəllik anlayışını tək başına təyin etməsi isə reallıqdır.

Kylie Jenner

Sevinc Kərimova // Metbuat.az

Birinci toy etdi, sonra xına yaxdı - Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR