Barbi gəlinciyinə bənzəmək üçün dəfələrlə estetik əməliyyat etdirən 21 yaşlı finlandiyalı Amanda Ahola estetik əməliyyat aludəçisi olub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Ahola Barbi gəlinciyini mükəmməl bir gözəllik ünsürü olaraq qəbul edir. Estetiksiz fotoları ortaya çıxan Ahola “Mən də onun kimi mükəmməl olmağa çalışıram. İnsanlar mənə saxta və ya Barbiyə bənzəyirsən dedikdə də bu məni çox sevindirir” deyə bildirib.
16 yaşından bəri dəfələrlə estetik əməliyyat etdirən Ahola ölümdən döndüyünü bildirib. Əməliyyatlar üçün ailəsindən maddi dəstək almadığını deyən qadın əməliyyat pulunu yığmaq üçün təmizlik də daxil olmaqla bir çox işdə işlədiyini bildirib.
https://metbuat.az/news/1160606/qurbanlarini-diri-diri-yedi.html