ABŞ-la muzey sahəsində əməkdaşlıq müzakirə edilib

ABŞ-la muzey sahəsində əməkdaşlıq müzakirə edilib
18:15 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenbergeri qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayıb.

O, Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Səfir 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, SalyanKürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq memorandumun yenidən imzalanmasının faydalı olacağını bildirib.

Nazir Ə.Qarayev Amerika Guşələri layihəsinə böyük önəm verdiyini və Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğulayıb.

Nazir Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırıb.

Görüşdə, iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Daha sonra nazir Ə.Qarayev cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirib və qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət edib.

Ö.Litzenberger dəvət üçün təşəkkürünü bildirərək məsələni diqqətdə saxlayacağını qeyd edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3042236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR